Bakı. Trend:
Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) İnkişaf Strategiyası çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan maliyyə xidmətlərin göstərilməsinə dair investisiya şirkətləri ilə növbəti görüş keçirib.
MDM-dən Trend-ə verilən məlumata görə, tədbir zamanı MDM tərəfindən maliyyə xidmətlərinin göstərilməsi ilə bağlı formalaşdırılacaq yeni model üzrə investisiya şirkətlərinin nümayəndələri ilə ətraflı müzakirələr aparılıb.
Bildirilib ki, fond bazarı iştirakçılarının təklif və rəyləri dinlənilib.
Görüş interaktiv fikir mübadiləsi şəraitində keçib və qiymətli kağızlar bazarının inkişafı istiqamətində müzakirələr aparılıb.
Bu tədbir MDM-in investisiya şirkətləri ilə əməkdaşlığın gücləndirilməsi sahəsində atdığı növbəti addım olub.