...

Azərbaycan İkinci Dünya Müharibəsində qazanılan qələbəyə böyük töhvə verib - Tacikistanlı səfir

Siyasət Materials 8 May 2025 13:05 (UTC +04:00)
Azərbaycan İkinci Dünya Müharibəsində qazanılan qələbəyə böyük töhvə verib - Tacikistanlı səfir
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan İkinci Dünya Müharibəsində qazanılan qələbəyə böyük töhvə verib.

Trend xəbər verir ki, bunu Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmon jurnalistlərə Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin səfirlərinin Bakıda Qələbə Günü münasibətilə Hərbi Şöhrət Memorialı önünə əklil qoyma mərasimindən sonra jurnalistlərə verdiyi açıqlamada bildirib.

“Sabah, 9 may tarixində biz mühüm bir günü – Böyük Qələbənin 80 illiyini qeyd edəcəyik. Atalarımız, babalarımız, təəssüf ki, indi çox az qalmış müharibə veteranlarımız bu qələbənin əldə olunmasına böyük töhfə veriblər. Mən bütün veteranlara və qəhrəmanlara, onların bir çoxu artıq aramızda olmasa belə, səmimi təşəkkürümü bildirirəm. Onların qəhrəmanlığı qarşısında baş əyirəm və minnətdarlığımı bildirirəm ki, onlar Vətəni gələcək nəsillər, sabahımız üçün müdafiə edə bildilər”, – deyə səfir bildirib.

Onun sözlərinə görə, Böyük Qələbənin xatirəsi bütün MDB ölkələrində – Azərbaycanda, Tacikistanda, Qazaxıstanda, Özbəkistanda, Qırğızıstanda, Türkmənistanda, Rusiyada və digər ölkələrdə dərin ehtiramla yad olunur və hər il minnətdarlıqla qeyd edilir.

“Bu qələbə bir çox xalqların, o cümlədən Qafqaz və Orta Asiya xalqlarının iştirakı ilə əldə olunub. Azərbaycan bu Qələbənin qazanılmasına nəhəng töhfə verib. Tacikistan da qardaş xalqlarla bərabər bu qələbəyə əhəmiyyətli töhfə verib. 1941-ci ildə Tacikistanın əhalisi cəmi 1,5 milyon nəfər idi, amma 300 min nəfər cəbhəyə göndərildi. Onlardan təxminən 100 mini döyüş meydanlarında həlak oldu,” – deyə o əlavə edib.

İ.Abdurahmon eyni zamanda, Azərbaycanda hökumətin və xalqın İkinci Dünya müharibəsi veteranlarına böyük diqqət göstərdiyini vurğulayıb.

“Azərbaycanda öz qəhrəmanlarını yüksək qiymətləndirirlər. Biz bunu görürük. Burada hər il həmin müharibədə döyüşmüş və qələbə qazanmış Azərbaycan əsgərlərinin şərəfinə bayram tədbirləri keçirilir. Dövlətin veteranlarına belə qayğı göstərməsi çox dəyərlidir. Tacikistan da Azərbaycan kimi müharibə iştirakçılarına dəstək göstərir,” – deyə diplomat qeyd edib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti