...

Şirvanda avtoxuliqanlıq edən sürücü həbs edildi

Hadisə Materials 8 May 2025 11:20 (UTC +04:00)
Şirvanda avtoxuliqanlıq edən sürücü həbs edildi
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Şirvanda avtoxuliqanlıq edən sürücü həbs edilib.

Trend-in əldə etdiyi məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə idarə etdiyi “VAZ” markalı nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər sürücülərə təhlükə yaradan Samir Həsənov saxlanılıb.

Yol patrul xidmətinin əməkdaşları tərəfindən sürücü barəsində tədbir görülüb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə S.Həsənov sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 17 sutka inzibati qaydada həbs edilib.

Xəbər lenti

Xəbər lenti