...

Ulu öndər Heydər Əliyev Konstitusiyanın qəbulu ilə Azərbaycan dövlətinin hüquqi təməlini möhkəmləndirdi – Fazil Mustafa

Siyasət Materials 8 May 2025 12:06 (UTC +04:00)
Ulu öndər Heydər Əliyev Konstitusiyanın qəbulu ilə Azərbaycan dövlətinin hüquqi təməlini möhkəmləndirdi – Fazil Mustafa
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Biz – vaxtilə Ulu öndər Heydər Əliyevə qarşı müxəlifətdə olan şəxslər belə onun formalaşmış baxışını qəbul etdik və səmimi şəkildə Azərbaycan dövlətinin həmin dönəmində onun gördüyü müstəsna işləri artıq dərk etmiş olduq.

Trend xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa gu gün parlamentin “Konstitusiya və Suverenlik İli”nə həsr olunan “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda xüsusi iclasında çıxışı zamanı deyib.

O bildirib ki, Ulu öndər Heydər Əliyev real tarixi dövrü oxuduğuna görə hansı dövrdə olmağından asılı olmayaraq xalqa xidmətin işıq ucu gələn bütün yollarını tapa bildi.

“Uğurun səbəbi budur. Hətta müstəqillik dövründə xarici təhdidlərlə üz-üzə qalanda necə neytallaşdırmalı olduğumuzu düşündüyümüz bir vaxtda neft amili, başqa amillərlə bunu bacaran bir siyasət izlədi. Bu ənənədən kənara çıxmadan yeni dövrün şərtlərinə uyğun Azərbaycan dövlətini möhkəmlətdi. O, 1995-ci ildə Konstitusiyanın qəbulu ilə Azərbaycan dövlətinin hüquqi təməlini də möhkəmlətmiş oldu, parlamentdə çoxpartiyalılıq sisteminə keçid üçün zəmin hazırladı”, - deyə millət vəkili qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti