Bakı. Trend:
İngiltərənin “Mançester Yunayted” komandası futbolçusu Brunu Fernandeşi satmaq niyyətində deyil.
Trend xarici mətbuata istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun maraq dairəsində olan 30 yaşlı yarımmüdafiəçi növbəti mövsümdə də komandada qalacaq.
Bildirilib ki, Mançester təmsilçisinin rəhbərliyi portuqaliyalı oyunçu üçün gələn istənilən təklifi rədd edəcək.
Xatırladaq ki, bu mövsüm Brunu Fernandeş “qırmızı şeytanlar”ın heyətində İngiltərə Premyer Liqasında 33 oyun keçirib, 8 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.