Bakı. Trend:
Rusiyanın Kamçatka diyarının Avaça körfəzi akvatoriyasında 5,1 maqnitudalı zəlzələ qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə regionun Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar 58 kilometr dərinlikdə baş verib. Zəlzələnin Petropavlovsk-Kamçatski şəhərinin bəzi hissələrində 3 bal gücündə hiss olunduğu qeyd edilib.
Hazırda dağıntılar və ya xəsarət alanlar barədə məlumat yoxdur. Yerli səlahiyyətli qurumlar vəziyyəti nəzarətdə saxlayır.
