Bakı. Trend:
"Azərbaycan Dəmir Yolları" ilə ortaq layihəmizə əsasən, artıq bir neçə ildir ki, gedişhaqqı bank kartları ilə həyata keçirilir. Hazırda hər ay təqribən 200 min nəfərin bank kartları vasitəsilə keçidi qeydə alınır.
Trend xəbər verir ki, bu sözləri ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bu gün bankın dayanıqlılıq hesabatına dair keçirilən mətbuat konfransında deyib.
"ABB kartlarının digər ictimai nəqliyyat vasitələrində tətbiqi ilə bağlı müvafiq quruma təkliflərimizi vermişik. Əgər onlardan müsbət dönüş alarıqsa, o zaman biz digər nəqliyyat vasitələrində də xidmətlərimizi icra edə bilərik", - deyə o bildirib.