...

Sumqayıtda baş verən partlayışda yaralanan şəxsin vəziyyəti açıqlandı

Hadisə Materials 8 May 2025 12:26 (UTC +04:00)
Sumqayıtda baş verən partlayışda yaralanan şəxsin vəziyyəti açıqlandı
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Sumqayıtda baş verən partlayış səbəbilə 07.05.2025-ci il tarixində saat 22:30 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1997-ci il təvəllüdlü şəxs (kişi cinsli) hospitalizasiya olunub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Sumqayıt Tibb Mərkəzinin mətbuat katibi Ramil Zeynallı məlumat verib.

O bildirib ki, başın, boyunun və gövdənin I dərəcəli termiki yanığı diaqnozu təyin edilən şəxsə Təcili tibbi yardım şöbəsində zəruri tibbi yardımlar göstərilib.

"Pasiyent iltizamnamə əsasında ambulator müalicə üçün evə buraxılıb"- deyə o əlavə edib.

Qeyd edək ki, Sumqayıtda yerləşən emalatxanalardan birində partlayış baş verib və bir nəfər xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti