...

Yeni konstitusiya üzərində işlər 10 aya başa çatacaq - Ermənistanın ədliyyə naziri

Gündəm Materials 7 May 2025 16:34 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan Ədliyyə Nazirliyi Konstitusiya Şurası və digər müvafiq qurumların iştirakı ilə ölkənin yeni konstitusiya layihəsi üzərində işləyir. Layihə üzrə işlərin 10 aya başa çatacağı gözlənilir.

Trend xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ermənistanın ədliyyə naziri Srbui Qalyan məlumat verib.

Nazir Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiasının yer aldığı Müstəqillik Bəyannaməsinə istinadın yeni konstitusiyadan çıxarılması məsələsinə də toxunub. Bildirib ki, mətnin hazır hissəsini yaxın vaxtlarda Konstitusiya Şurasının üzvləri ilə müzakirə edəcəklər.

“Yeni konstitusiyanın mətni hazırlanma mərhələsindədir, mətni yaxın vaxtlarda şura üzvləri ilə müzakirə edəcəyik. Müxtəlif variantları müzakirə edirik, amma mətn hələ işlənmə mərhələsindədir. Mətn 10 ay ərzində hazır olacaq”, - deyə S.Qalyan vurğulayıb.

Xəbər lenti

Xəbər lenti