...

Parisdə “PSJ” azarkeşlərinin üzərinə avtomobil sürüldü, 3 nəfər xəsarət aldı

Dünya xəbərləri Materials 8 May 2025 08:39 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın "PSJ" futbol klubunun UEFA Çempionlar Liqasının finalına yüksəlməsini qeyd edən azarkeşlərin üzərinə avtomobil sürülüb.

Trend-in məlumatına görə, bu barədə Le Parisien qəzeti yazıb.

Hadisə Parisin mərkəzində, Yelisey meydanı yaxınlığında baş verib. Yol qəzası nəticəsində 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti kritik, digərlərinin isə ağır olduğu bildirilir. Daha sonra hadisəyə səbəb olan avtomobil yanmış vəziyyətdə tapılıb. Sürücünün harada olduğu hələlik bilinmir.

Qəzetin məlumatına əsasən, bayram tədbirləri zamanı baş verən digər insidentlərə görə polis azı 43 nəfəri saxlayıb. Asayişin təmin olunması üçün bəzi hallarda gözyaşardıcı qazdan istifadə olunub. Futbolsevərlərin qeyri-nizamlı hərəkətləri nəticəsində bir neçə mağaza və avtomobilə ziyan dəyib.

Qeyd edək ki, PSJ Çempionlar Liqasının yarımfinal mərhələsində İngiltərənin “Arsenal” klubunu 2:1 hesabı ilə məğlub edərək ümumi nəticədə 3:1-lik üstünlüklə finala yüksəlib. Fransa təmsilçisi finalda İtaliyanın “İnter” klubu ilə qarşılaşacaq. Oyun mayın 31-də Almaniyanın Münhen şəhərində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti