...

Moyze Kin "Mançester Yunayted"ə keçə bilər

İdman Materials 8 May 2025 07:07 (UTC +04:00)
Moyze Kin "Mançester Yunayted"ə keçə bilər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İngiltərənin “Mançester Yunayted” klubu “Fiorentina”nın hücumçusu Moyze Kinə yay transfer pəncərəsində maraq göstərir.

Trend xəbər verir ki, İtaliya klubuna 13 milyon avroya transfer olunan futbolçunun müqaviləsi 2029-cu ilin iyununa qədər qüvvədədir.

Müqavilədə 50 milyon avro məbləğində sərbəstqalma maddəsi yer alıb və bu bənd yalnız 1–15 iyul tarixləri arasında qüvvədə olacaq.

Məlumata görə, “Mançester Yunayted” rəhbərliyi yayda hücum xəttini gücləndirməyi əsas prioritet hesab edir. Əgər komandanın baş məşqçi namizədi Ruben Amorim “mankunianlar”a Çempionlar Liqasına vəsiqə qazandıra bilməsə, klub əsas diqqətini Viktor Osimhen və Moyze Kinə yönəldəcək. 25 yaşlı italyan forvard daha sərfəli transfer hədəfi kimi qiymətləndirilir.

Bu mövsüm Moyze Kin A Seriyasında 30 oyunda 17 qol vurub, ümumilikdə isə bütün turnirlərdə 24 dəfə fərqlənib.

Xəbər lenti

Xəbər lenti