Bakı. Trend:
Ermənistan baş naziri Nikol Paşinyanın hakim “Vətəndaş Müqaviləsi” partiyası 2026-cı ildə keçiriləcək parlament seçkilərində heç bir siyasi qüvvə ilə ittifaqa girmədən iştirak edəcək.
Trend Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri, partiyanın rəyasət heyətinin üzvü Alen Simonyan bəyan edib.
“Mən buna əminəm ki, biz seçkilərə təkbaşına gedəcəyik, heç bir koalisiya formalaşdırmayacağıq və mütləq çoxluğun dəstəyini qazanacağıq”, -deyə o bildirib.
Qeyd edək ki, Ermənistanda növbəti parlament seçkilərinin 2026-cı ilin iyun ayında keçirilməsi planlaşdırılır.