...

Polşa Almaniyadan təzminat tələb etməyəcək – Donald Tusk

Dünya xəbərləri Materials 7 May 2025 23:53 (UTC +04:00)
Polşa Almaniyadan təzminat tələb etməyəcək – Donald Tusk
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Polşa artıq İkinci Dünya Müharibəsi zamanı dəymiş ziyana görə Almaniyadan təzminat tələb etməyəcək.

Trend xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk bəyan edib.

"Biz bunu tələb etməyəcəyik. Bu, bütün tərəflərin nəzərdən keçirəcəyi məsələdir", – deyə o bildirib.

Tuskun sözlərinə görə, təzminatlarla bağlı qərar “kommunist dövründə” qəbul edilib və həmin vaxt Varşava mövqeyini ifadə etmək imkanından məhrum olub. Bununla yanaşı, o qeyd edib ki, Almaniya Polşaya müharibə zamanı dəymiş ziyana görə indiyə qədər heç bir kompensasiya ödəməyib.

Xəbər lenti

Xəbər lenti