...

ABŞ Federal Ehtiyat Sistemi baza faiz dərəcəsini dəyişməyib

Dünya xəbərləri Materials 8 May 2025 01:43 (UTC +04:00)
ABŞ Federal Ehtiyat Sistemi baza faiz dərəcəsini dəyişməyib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin mərkəzi bankı funksiyasını yerinə yetirən Federal Ehtiyat Sistemi (Fed) baza faiz dərəcəsini əvvəlki səviyyədə saxlayıb.

Trend xəbər verir ki, Federal Açıq Bazar Əməliyyatları Komitəsi (FOMC) federal fondlar üzrə faiz dərəcəsinin hədəf diapazonunu 4,25–4,5 % səviyyəsində qoruyub. Bu barədə qərar qurumun rəsmi saytında dərc olunub.

Bəyanatda qeyd olunub ki, gələcəkdə faiz dərəcəsinə düzəlişlərin miqyası və müddəti iqtisadi göstəricilər, dəyişən iqtisadi perspektivlər və risk balansı nəzərə alınmaqla müəyyən ediləcək.

“İşsizlik səviyyəsi aşağı olaraq qalır, əmək bazarı sabitdir. İnflyasiya isə hələ də yüksək səviyyədədir”, – deyə tənzimləyici vurğulayıb.

Fed, həmçinin xəzinə və agentlik borcları ilə yanaşı, ipoteka ilə təmin olunmuş qiymətli kağızlar ehtiyatlarını azaltmağa davam edəcəyini bildirib.

Komitə maksimum məşğulluğun təmininə və inflyasiyanın 2 faizlik hədəfə qaytarılmasına sadiq olduğunu bir daha bəyan edib.

Növbəti faiz dərəcəsi qərarı iyunun 18-də açıqlanacaq.

Xəbər lenti

Xəbər lenti