Bakı. Trend:
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şimal-qərb küləyi axşam cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə +16 dərəcədən +19 dərəcəyədək, gündüz +23 dərəcədən +28 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % olacaq.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə +15 dərəcədən +19 dərəcəyədək, gündüz +25 dərəcədən +30 dərəcəyədək, dağlarda gecə +7 dərəcədən +12 dərəcəyədək, gündüz +15 dərəcədən +20 dərəcəyədək, bəzi yerlərdə +25 dərəcəyədək olacaq.