...

Tramp Britaniya ilə ticarət sazişini elan etməyə hazırlaşır

Dünya xəbərləri Materials 8 May 2025 07:43 (UTC +04:00)
Tramp Britaniya ilə ticarət sazişini elan etməyə hazırlaşır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp bu cümə axşamı Böyük Britaniya ilə yeni ticarət sazişini elan etməyi planlaşdırır.

Trend xəbər verir ki, bu barədə məlumatı “New York Times” (NYT) çərşənbə günü öz mənbələrinə istinadən yayıb.

Bildirilir ki, bu, Vaşinqtonun tarif tətbiqlərindən sonra imzalayacağı ilk ticarət razılaşması olacaq. Sazişin təfərrüatları hələ açıqlanmayıb, lakin NYT-nin məlumatına görə, ilkin mərhələdə tərəflər çərçivə razılaşmasını təqdim edəcək, daha sonra yekun şərtlər üzərində danışıqlar davam etdiriləcək.

Bundan əlavə, ABŞ İsrail və Hindistanla da ticarət razılaşmalarına yaxın olduğunu bildirir. Həmçinin, Vyetnam, Cənubi Koreya və Yaponiya ilə də müzakirələr aparılır.

Donald Tramp daha əvvəl cümə axşamı üçün “böyük və əhəmiyyətli” bir mətbuat konfransı elan edib. Onun sözlərinə görə, bu tədbir “böyük və çox hörmətli bir ölkə” ilə əldə olunan mühüm ticarət razılaşmasına həsr olunacaq. Tramp həmin ölkənin adını açıqlamayıb.

Xatırladaq ki, “Financial Times”ın mayın 6-da yaydığı məlumata əsasən, ABŞ və Britaniya bu həftə Britaniya istehsalı avtomobillərə və polad məhsullarına tətbiq olunan tariflərin azaldılması ilə bağlı razılıq əldə etməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti