...

Bu gün UEFA Avropa Liqasında finalçılar müəyyənləşəcək

İdman Materials 8 May 2025 09:00 (UTC +04:00)
Bu gün UEFA Avropa Liqasında finalçılar müəyyənləşəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün UEFA Avropa Liqasının yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək və finala yüksələcək komandaların adı məlum olacaq.

Trend xəbər verir ki, Norveçin “Budyo Qlimt” klubu evdə İngiltərənin “Tottenhem” komandasını qəbul edəcək.

Digər qarşılaşmada isə “Mançester Yunayted” öz meydanında İspaniyanın “Atletik Bilbao” klubu ilə üz-üzə gələcək.

Hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, komandalar arasında keçirilən ilk matçlarda “Tottenhem” doğma meydanda “Budyo Qlimt”ə 3:1, “Mançester Yunayted” isə səfərdə “Atletik Bilbao”ya 3:0 hesabı ilə qalib gəlib.

23:00, "Budyo Qlimt" - "Tottenhem" (ilk oyun - 1:3);

23:00, "Mançester Yunayted" - "Atletik Bilbao" (ilk oyun - 3:0).

Xəbər lenti

Xəbər lenti