Bakı. Trend:
Paytaxtın Nərimanov rayonunda yerləşən evlərin birindən ümumi dəyəri 8000 manat olan nağd pul və məişət əşyaları oğurlanıb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq etməkdə şübhəli bilinən əvvələr də eyni əmələ görə məhkum olunmuş 36 yaşlı R.Ellazov saxlanılıb.
Əlavə olaraq Nəsimi rayonunda isə bir nəfərə məxsus avtomobildən içərisində 3 ədəd mobil telefon və bank kartları olan pul kisəsini talamaqda şübhəli bilinən 32 yaşlı S.Seyfullayev saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.