Bakı. Trend:
Türkiyənin “Turkish Airlines” şirkəti Dalaman, Antalya və Bodrum şəhərlərindən Rusiya istiqamətində bütün reysləri təxirə salıb.
Trend xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Məlumata əsasən, şirkətin Rusiyanın bütün şəhərlərinə, o cümlədən, Moskvaya uçuşları ləğv olunub. Təxirə salınmanın səbəbləri açıqlanmasa da, bunun Rusiya aeroportlarında uçuş təhlükəsizliyinin təmin olunması məqsədilə hava reyslərinin təxirə salınması və ya gecikməsi ilə əlaqədar ola biləcəyi güman edilir.
Qeyd edək ki, 6-7 may tarixlərində Rusiyanın 10-dan çox hava limanında hava gəmilərinin uçuş və enişləri məhdudlaşdırılmışdı.