...

ABB süni intellektlə bağlı yeni layihə üzərində işləyir

İqtisadiyyat Materials 8 May 2025 12:54 (UTC +04:00)
ABB süni intellektlə bağlı yeni layihə üzərində işləyir
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

ABB hazırda süni intellekt əsaslı müştəri dəstəyi məsələsinə daha çox fokuslanıb. Məqsədimiz odur ki, müştərilər bankdan istədiyi məlumatları sürətli şəkildə əldə edə bilsin.

Trend xəbər verir ki, bu sözləri ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bu gün bankın dayanıqlılıq hesabatına dair keçirilən mətbuat konfransında deyib.

"Bu, həmçinin səmərəli fəaliyyətimizə də təkan verəcək. Artıq "Call Center"ə daxil olan sorğuların 55%-ni süni intellekt cavablandırır. Həmin platformanı yeni mərhələyə daşımaq üçün hazırda müvafiq işlərə start vermişik. Düşünürəm ki, bu rəqəmsal dünyada bir yenilik olacaq", - o bildirib.

"Biz ABB olaraq süni intellektdən təkcə müştərilərin sorğularının cavablandırılmasında deyil, eyni zamanda tranzaksiyalar zamanı da bir həll kimi istifadə etməyə çalışırıq", - deyə A. İbrahimov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti