Bakı. Trend:
Şimali Koreya qısa mənzilli bir neçə ballistik raket atıb.
Trend xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəislərinə istinadla məlumat yayıb.
Məlumata görə, raketlər Şimali Koreyanın cənub-şərqində yerləşən Vonsan şəhəri yaxınlığından buraxılıb.
Qeyd edək ki, Pxenyan sonuncu dəfə martın 10-da ABŞ və Cənubi Koreyanın birgə keçirdiyi genişmiqyaslı “Azadlıq Qalxanı” hərbi təlimləri zamanı Sarı dənizə doğru çoxsaylı ballistik raketlər atmışdı.