Milan: Trend:
Asiya İnkişaf Bankı “yaşıl” keçid xərclərinin azaldılmasının ən yaxşı yollarını tapmağa can atır.
Trend-in Milana ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bunu Asiya İnkişaf Bankının Cənubi, Mərkəzi və Qərbi Asiya üzrə vitse-prezidenti İnmin Yan AİB-in 58-ci illik iclasının bağlanış sessiyasında deyib.
“Regional qarşılıqlı əlaqəyə olan tələbat daha da kəskinləşib. Biz “yaşıl” və rəqəmsal regional əməkdaşlığın inkişafı ilə bağlı məqsədləri həyata keçirməyə çalışacağıq. Rəqəmsal texnologiyaları regional qarşılıqlı əlaqə sahəsinə inteqrasiya etməyi planlaşdırırıq — məsələn, “ağıllı” nəqliyyat və “ağıllı” enerji vasitəsilə.
Biz ticarətin asanlaşdırılması və rəqəmsal xidmətlər üzrə ticarət imkanlarının genişləndirilməsi üçün rəqəmsal həllərin tətbiqini davam etdirəcəyik, çünki rəqəmsal ticarət qlobal iqtisadi artımın yeni hərəkətverici qüvvəsinə çevriləcək. Biz “yaşıl” keçidin dəyərinin azaldılması yollarını tapmaq niyyətindəyik, eyni zamanda, iqlim və sosial-iqtisadi məqsədlərin balanslı şəkildə icrasına nail olmağa çalışacağıq”, - deyə o qeyd edib.
Yanın sözlərinə görə, AİB regional qarşılıqlı əlaqə sahəsində iri layihələrin reallaşdırılmasını dəstəkləməkdə davam edəcək ki, bu da kiçik iqtisadiyyatlara onların zəngin su ehtiyatlarını milli iqtisadi artıma və yeni iş yerlərinin yaradılmasına çevirməkdə kömək edəcək.