...

Ümummilli liderin “azərbaycançılıq” məfkurəsinin nəticəsində mənəvi-ideoloji boşluq qısa zamanda dolduruldu – Azər Badamov

Siyasət Materials 8 May 2025 12:53 (UTC +04:00)
Ümummilli liderin “azərbaycançılıq” məfkurəsinin nəticəsində mənəvi-ideoloji boşluq qısa zamanda dolduruldu – Azər Badamov
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan necə Ümummilli lider Heydər Əliyevin əsəridirsə, Azərbaycanın ana maddələr toplusu olan Konstitusiyamız da Azərbaycan dövləti və dövlətçiliyinin qurucusu, xalqı bütöv amal uğrunda ətrafında toplamağı bacaran dahi şəxsiyyətin adı ilə bağlıdır.

Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov parlamentin “Konstitusiya və Suverenlik İli”nə həsr olunan “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda xüsusi iclasında çıxışı zamanı deyib.

Millət vəkilinin sözlərinə görə, Vətən müharibəsində hərbi, diplomatik və informasiya cəbhəsində əldə etdiyimiz uğurların məhək daşı məhz Ulu Öndər tərəfindən qoyulub.

“Qədirbilən xalqımız müasir Azərbaycan dövlətinin və onun inkişaf konsepsiyasının memarı olan Ümummilli lider Heydər Əliyevin hər ildönümünü Azərbaycanın müxtəlif şəhərlərində, rayonlarında, ən ucqar nöqtələrində belə böyük coşqu ilə qeyd etməsi, xalqımızın öz xilaskarına, ümummilli və ümumbəşəri liderinə verdiyi tam əsaslı dəyərdir. Ömrünü xalqa fəda edən bu dahiyə xalq özü Ümummilli Lider statusunu (titulunu) verməklə onun ideallarını özünün əbədi məşəlinə çevirib.

Deputat vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti xalqın mənafeyi ilə sarsılmaz şəkildə bağlı idi:

“Bir tərəfdən müstəqilliyini yenicə bərpa edən ölkəni ayağa qaldırmaq kimi çətin missiyanı üstlənmək, digər tərəfdən isə yoluna daş qoyanlara qarşı mübarizə aparmaq kimi ikitərəfli və çoxtərəfli cinahda apardığı mübarizəni davam etdirmək belə Ulu öndəri usandırmadı, yolundan döndərmədi. Məhz Ulu öndər Heydər Əliyevin irəli sürdüyü və tətbiq etdiyi “Azərbaycançılıq” məfkurəsinin nəticəsi idi ki, ölkəmizdə hökm sürən mənəvi-ideoloji boşluq qısa zamanda dolduruldu. Birbaşa bunun məntiqi davamıdır ki, milli və etnik mənsubiyyətindən asıllı olmayaraq bütün Azərbaycan xalqı “Dəmir yumruğ”un ətrafında ətdən sipər hördü. Ötən dövr, yaşanan tarixi reallıq və siyasi faktlar “Azərbaycançılıq” fəlsəfəsinin alternativsizliyini sübut edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti