...

Azərbaycanın qadın cüdoçuları Astanada keçiriləcək Böyük Dəbilqə turnirində mübarizə aparacaq

İdman Materials 7 May 2025 21:46 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın qadınlardan ibarət cüdo yığması mayın 9-11-də Qazaxıstanın paytaxtı Astanada keçiriləcək Böyük Dəbilqə turnirində iştirak edəcək.

Trend-in məlumatına görə, komandamızın heyətində üç idmançı yer alıb – Könül Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Fidan Əlizadə (57 kq) turnirdə medallar uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, üç gün davam edəcək beynəlxalq yarışda 47 ölkədən 397 cüdoçu (222 kişi, 175 qadın) iştirak edəcək.

Qadınlar
48 kq
Könül Əliyeva

52 kq
Gültac Məmmədəliyeva

57 kq
Fidan Əlizadə

Xəbər lenti

Xəbər lenti