...

Şanlı Zəfərimizə aparan yol Ümummilli lider Heydər Əliyevin dövlətçilik strategiyasının tətbiqindən başlayıb – Rizvan Nəbiyev

Siyasət Materials 8 May 2025 13:01 (UTC +04:00)
Şanlı Zəfərimizə aparan yol Ümummilli lider Heydər Əliyevin dövlətçilik strategiyasının tətbiqindən başlayıb – Rizvan Nəbiyev
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2020-ci il Vətən müharibəsindəki Şanlı Zəfərimizə aparan yol Ümummilli lider Heydər Əliyevin uzaqgörən idarəçiliyi və dövlətçilik strategiyasının tətbiqindən başlayıb.

Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Rizvan Nəbiyev parlamentin “Konstitusiya və Suverenlik İli”nə həsr olunan “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda xüsusi iclasında çıxışı zamanı deyib.

“Ulu öndər Heydər Əliyevin düşünülmüş strategiyası sayəsində neft, qaz və onların ixrac marşrutlarına dair sazişlər Bakı ilə yanaşı, Kremldə, Ağ evdə, Yelisey sarayında, Dauninq-stritdə imzalandı, bu siyasi ofislərin bəzilərinin tarixində ilk dəfə idi ki, bu tipli kommersiya xarakterli sazişlər imzalanırdı. Beləliklə, neft müqavilələri həmçinin Azərbaycanın dünya miqyasında tanınmasına, beynəlxalq arenada siyasi-diplomatik münasibətlər yaratmasına təkan verdi”, - deyə o bildirib.

Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyevin hərbi və siyasi-diplomatik strategiyası sayəsində Şanlı Zəfərimizdən sonra regionda beynəlxalq hüquqa əsaslnan yeni siyasi reallıqlar yaranıb.

“Azərbaycan Birləşmiş Millətlər Təşkilatının (BMT) ən ali vəzifəsi sayılan, beynəlxalq sülhün və təhlükəsizliyin təmininə ciddi töhfə verdi, beynəlxalq hüququn hamılıqla tanınan, amma uzun illər pozulmuş prinsiplərini də öz resursları hesabına təmin etdi. Prezident İlham Əliyevin rəhbərliyi altında qlobal arenada praqmatik, müstəqil və prinsipial xarici siyasət həyata keçirən Azərbaycan etibarlı tərəfdaş kimi kimi qəbul edilir. Vətən müharibəsindən sonra da Azərbaycan hərbi-sənaye kompleksini müasirləşdirir, Azərbaycan hərbi-texniki məhsullarımızın ixrac coğrafiyasını genişləndirməklə də yeni tərəfdaş dövlətlər qazanır”, - deyə R.Nəbiyev qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti