Bakı. Trend:
Cari ilin aprel ayında Böyük Britaniyada “Tesla” avtomobillərinin satışı ötən ilin eyni dövrü ilə müqayisədə 62 faiz azalıb.
Trend “Independent”ə istinadla xəbər verir ki, bu, son iki il ərzində qeydə alınan ən aşağı göstəricidir.
Qeyd olunan dövrdə şirkət cəmi 536 avtomobil satıb ki, bu rəqəm 2024-cü ilin aprelində 1 404 idi. Nəticədə “Tesla”nın bu ilin əvvəlindən bəri Böyük Britaniya elektromobil bazarındakı payı cəmi 9,3 faiz olub.
Bu azalma tendensiyası, təkcə Böyük Britaniyada deyil, digər Avropa ölkələrində də müşahidə olunur. Analitiklər bu vəziyyəti həm yerli, həm də çinli rəqiblərin artan rəqabəti ilə izah edirlər. Bəzi ekspertlər satışdakı bu kəskin enişin səbəblərindən birinin də İlon Maskın siyasi mövqeyi və son dövrlərdə atdığı addımlarla əlaqələndiriblər.