Bakı. Trend:
Almaniyanın yeni seçilmiş kansleri Fridrix Mertz qarşıdakı həftələrdə Ukraynaya səfər etmək niyyətində olduğunu bildirib.
Trend xəbər verir ki, bu barədə kansler Fransa prezidenti Emmanuel Makronla Parisə verdiyi birgə mətbuat konfransında söz açıb.
“Mən, həqiqətən, qarşıdakı bir neçə həftə ərzində Ukraynaya səfər etməyi planlaşdırıram. Hazırda bu səfərin hansı formada keçəcəyinin razılaşdırılması (prosesi) gedir”, - deyə Mertz bildirib.