...

Yaxın Şərqdə ilk Disneylend Əbu-Dabidə tikiləcək

Dünya xəbərləri Materials 8 May 2025 06:21 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Walt Disney Co.” şirkətinin Yaxın Şərqdəki ilk əyləncə parkı Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə yerləşən bir adada inşa ediləcək.

Trend xəbər verir ki, bu barədə məlumat korporasiyanın rəsmi saytında yer alıb.

“The Walt Disney Company” və Əbu-Dabinin aparıcı əyləncə provayderi “Miral” şəhərdə yeni bir Disney əyləncə parkı və kurort kompleksinin yaradılması üçün razılıq əldə ediblər.

Layihənin detalları hələlik açıqlanmayıb. Lakin Walt Disney bildirib ki, bu cür parkların layihələndirilməsi təxminən iki il, attraksionların inşası isə təqribən altı il çəkir.

Xəbər lenti

Xəbər lenti