...

Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Azərbaycana dövlət səfərinə gəlib (FOTO)

Siyasət Materials 7 May 2025 16:10 (UTC +04:00)
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Azərbaycana dövlət səfərinə gəlib (FOTO)
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Bakı. Trend:

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam mayın 7-də Azərbaycan Respublikasına dövlət səfərə gəlib.

Trend xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamı və xanımı No Fon Lini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşıladılar.

Xəbər lenti

Xəbər lenti