Bakı. Trend:
Mayın 9-u qeyri-iş günü olduğundan həmin tarixdə Bakı-Sumqayıt-Bakı istiqamətində qatarlar şənbə günü qrafiki üzrə hərəkət edəcəklər.
Bu barədə Trend “Azərbaycan Dəmir Yolları” QSC-a (ADY) istinadən xəbər verir.
Qeyd olunur ki, hərəkətdə olan qatarların siyahısı ilə tanış olmaq üçün linkə keçid etmək mümkündür: https://ticket.ady.az.