...

AZAL-ın Rusiyaya reysləri gecikir, Hindistana uçuş isə təxirə salınıb

Cəmiyyət Materials 7 May 2025 11:12 (UTC +04:00)
AZAL-ın Rusiyaya reysləri gecikir, Hindistana uçuş isə təxirə salınıb
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Bakıdan Rusiyanın Moskva şəhərinə planlaşdırılan J2-181 (“Domodedovo” aeroportu) və J2-807 (“Vnukovo” aeroportu) nömrəli reysləri təyinat məntəqəsində hava məkanının bağlı olması səbəbindən gecikir.

Bu barədə Trend-ə AZAL-ın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, gecikən reyslərin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin olunurlar.

Eyni zamanda, AZAL-ın Bakıdan Hindistanın Mumbay şəhərinə planlaşdırılan J2-059 nömrəli reysi Pakistan üzərində hava məkanının bağlı olması səbəbindən təxirə salınıb.

"AZAL uçuşların təhlükəsizliyini rəhbər tutaraq vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri yeniliklər barədə məlumatlandıracaq", - deyə AZAL-dan bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti