...

BƏƏ Azərbaycandan qeyri-neft məhsulları alışını 40%-dən çox artırıb

İqtisadiyyat Materials 7 May 2025 14:08 (UTC +04:00)
BƏƏ Azərbaycandan qeyri-neft məhsulları alışını 40%-dən çox artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 19 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,5% milyon ABŞ dolları və ya 40,2% çoxdur.

Hesabat dövründə BƏƏ-yə qeyri-neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracının 2,47%-i həcmində olub. Bununla da BƏƏ Azərbaycanın ən çox qeyri-neft məhsulları ixrac etdiyi ölkələr sırasında 7-ci pillədə qərarlaşıb.

Eyni zamanda, 2025-ci ilin yanvar-mart aylarında Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında ticarət əməliyyatlarının həcmi 33,2 milyon ABŞ dolları təşkil edib.

Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 10,4 milyon ABŞ dolları və ya 45,6% çoxdur. Hesabat dövründə BƏƏ ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 0,28%-i həcmində olub.

Cari ilin yanvar-mart aylarında Azərbaycandan BƏƏ-yə 20,8 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6,8 milyon ABŞ dolları və ya 48,8% çoxdur.

Həmçinin 2025-ci ilin yanvar-mart aylarında BƏƏ-dən Azərbaycana 12,4 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da illik müqayisədə 3,6 milyon ABŞ dolları və ya 40,6% artım deməkdir.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ticarət dövriyyəsi 24,3% artaraq 12 milyard ABŞ dolları təşkil edib. Son bir ildə ölkə üzrə ixrac 6,7% və ya 401,75 milyon ABŞ dolları artaraq 6,4 milyard ABŞ dolları, idxal isə 52,6% və ya 1,9 milyard ABŞ dolları artaraq 5,7 milyard ABŞ dolları təşkil edib.

Hesabat dövründə xarici ticarət dövriyyəsinə 722,9 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 milyard ABŞ dolları və ya 3,1 dəfə azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti