Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycana xaricdən 11 min ton banan idxal edilib.
Trend bu barədə Dövlət Statistik Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu miqdarda məhsulun idxalına çəkilən xərc 9,5 milyon ABŞ dolları olub. Banan idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 455 ton və ya 4,3%, dəyər ifadəsi ilə 1,5 milyon ABŞ dolları, yaxud da 19,4% artıb. Belə ki, 2024-cü ilin ilk iki ayında Azərbaycana 10,5 min ton miqdarında, 8 milyon ABŞ dolları dəyərində banan ixrac edilmişdi.
Bu ilin ilk iki ayında idxal olunan bananın bir tonu üçün orta qiyməti 862 ABŞ dolları olub ki, bu da, illik müqayisədə 109 ABŞ dolları və ya 14,5% bahadır. 2024-cü ilin eyni dövründə bu qiymət 753 ABŞ dolları idi.
Qeyd edək ki, bəhs olunan dövrdə Azərbaycana banan Ekvador, Filippin, Kolumbiya, Kosta-Rika, Misir, Tailand və Almaniyadan gətirilib.