Bakı. Trend:
Yağan intensiv yağışlar nəticəsində dağlıq relyefdə formalaşan daşlı-çınqıllı palçıq kütləsi ötən gün Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 80-89-cu kilometrliyində hərəkət hissəsinə dolaraq nəqliyyatın hərəkətini mümkünsüz edib.
Trend bu barədə Baş Dövlət Yol Polisi İdarəsinə istinadən xəbər verir.
Bildirilir ki, ərazidə xidmət aparan YPX Alayının III taqımının əməkdaşları tərəfindən dərhal zəruri təhlükəsizlik tədbirləri görülüb, istiqamət dəyişdirilməklə nəqliyyatın hərəkətində fasiləsizlik təmin edilib.
"Aidiyyəti qurum tərəfindən aparılan təmizlik işlərindən sonra hərəkətin təşkilində edilən dəyişiklik aradan qaldırılıb və hazırda sözügedən yolda nəqliyyatın maneəsiz hərəkəti tam bərpa olunub", - qurumdan qeyd olunub.