Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycandan İsrailə 10,3 min ton metanol ixrac edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu miqdarda metanol ixracından əldə olunan gəlir 3,4 milyon ABŞ dolları təşkil edib.
İsrailə metanol ixracı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 12,4 min ton və ya 2,2 dəfə, dəyər ifadəsi ilə 931 min ABŞ dolları, yaxud da 21,7% azalıb. Belə ki, 2024-cü ilin ilk iki ayında Azərbaycandan İsrailə 22,7 min ton miqdarında, 4,3 milyon ABŞ dolları dəyərində metanol ixrac edilmişdi.
Qeyd edək ki, hesabat dövründə Azərbaycandan xaricə 61,9 min ton miqdarında, 19,8 milyon ABŞ dolları dəyərində metanol ixrac edilib. Metanol alan ölkələrin sırasında Türkiyə, İsrail və Sloveniya ön sıralarda dayanıb.