Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Azərbaycana 126,6 milyon ABŞ dolları dəyərində 70 min ton plastmassa və onlardan hazırlanan məmulatlar idxal edilib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 6,8 milyon ABŞ dolları və ya 5,7%, həcm baxımından isə və ya 1,7 min ton və ya 2,5% çoxdur. Sözügedən məmulatların idxalı 2025-ci ilin ilk üç ayı üzrə ölkənin ümumi idxalında 2,24% paya malik olub.
Eyni zamanda, bu ilin yanvar-mart ayılarnda Azərbaycandan 81,2 milyon ABŞ dolları dəyərində 74,3 min ton plastmassa və onlardan hazırlanan məmulatlar ixrac edilib.
Bu isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 13,7 milyon ABŞ dolları və ya 14,4%, həcm ifadəsində isə 34,8 min ton və ya 31,9% azdır.
Hesablamalardan məlum olur ki, Azərbaycan birinci rübdə bu məhsulların idxalı ixracını 45,4% üstələyib.