Bakı. Trend:
Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və əsas (baza ali) tibb təhsili səviyyələrində hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı müəyyənləşib.
Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli əsədov müvafiq qərar imzalayıb.
Bundan əlavə, ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin magistratura və rezidentura səviyyələrində hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı da müəyyənləşib.