...

“Barselona” müdafiəçisi ilə yollarını ayıracaq

İdman Materials 7 May 2025 15:39 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniyanın “Barselona” komandası yayda futbolçusu Andreas Kristensenlə yollarını ayıracaq.

Trend xarici mətbuata istinadən xəbər verir ki, Kataloniya klubu müdafiəçinin tez-tez zədə alması və maliyyə şərtləri səbəbindən mövsümün sonunda müqaviləyə vaxtından əvvəl xitam verəcək.

Danimarka millisinin üzvü bu mövsüm 3 matçda cəmi 123 dəqiqə oynamaq şansı əldə edib.

Qeyd edək ki, İngiltərənin “Mançester Yunayted” komandası Andreas Kristensenin transferində maraqlıdır.

Xəbər lenti

Xəbər lenti