...

AİB gələn Özbəkistanda su bəndinin inşası üzrə iri layihəni təsdiq etməyi planlaşdırır - Yasmin Siddiqi

İqtisadiyyat Materials 7 May 2025 14:14 (UTC +04:00)
AİB gələn Özbəkistanda su bəndinin inşası üzrə iri layihəni təsdiq etməyi planlaşdırır - Yasmin Siddiqi
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Milan.Trend:

Asiya İnkişaf Bankı gələn il Özbəkistanda Ayakçı su bəndinin tikintisi layihəsinin təsdiqlənəcəyini gözləyir.

Trend-in Milana ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bunu Asiya İnkişaf Bankının Mərkəzi Asiyada kənd təsərrüfatı, ərzaq, təbii resurslar və aqrar inkişaf üzrə departamentinin direktoru Yasmin Siddiqi AİB-in 58-ci illik iclası çərçivəsində keçirilən brifinqdə deyib.

“AİB və Özbəkistanın su resursları və kənd təsərrüfatı sahəsində əməkdaşlığının uzun tarixi var. Ötən bazar ertəsi mən Daşkənddə oldum, orada “Buzlaqlardan fermalara kimi” proqramının müzakirəsi üçün Su Təsərrüfatı Nazirliyinin nümayəndələri ilə görşdüm. Dövlət strukturlarının böyük maraq və proaktiv yanaşma sərgiləmələrini məmnunluqla qeyd etməliyik. Onlar buzlaqların əriməsi və onun fəsadları ilə bağlı üzləşdikləri çağırışların miqyaslarını çox gözəl şəkildə anlayırlar”, -deyə o bildirib.

Siddikinin sözlərinə görə, Özbəkistan hökuməti artıq AİB və Yaşıl İqlim Fondu ilə əməkdaşlıq çərçivəsində “Buzlaqlardan fermalara kimi” proqramı çərçivəsində həyata keçirmək istədiyi bir sıra təşəbbüs və investisiyaları müəyyən edib.

“Məsələn, AİB-in dəstəkləməyi planlaşdırdığı bir layihəni qeyd edə bilərəm. Biz gözləyirik ki, bu layihə gələn il AİB Direktorlar Şurası tərəfindən təsdiqlənəcək – söhbət Ayakçı bəndinin tikintisi layihəsindən gedir. Layihənin məqsədi su ehtiyatlarının səmərəli idarə edilməsini təmin etmək, çayın idarəsiz axını və su itkilərinin qarşısını almaqdır.

Layihə çərçivəsində innovativ həllərin tətbiqi imkanlarını da nəzərdən keçiririk, məsələn, üzən günəş elektrik stansiyaları. Bizim məqsədimiz hökumətə texnologiya və innovasiyaları mümkün qədər gətirməkdir. Həmçinin Amudərya çayı üzərində erkən xəbərdarlıq sistemlərinin quraşdırılması planlaşdırılır, çünki məlumatların mövcudluğu səmərəli idarəetmə üçün həyati əhəmiyyət daşıyır”, – deyə o izah edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti