Bakı.Trend:
Gürcüstanda hakim “Gürcüstan arzusu – Demokratik Gürcüstan” partiyasının yeni rəhbəri baş nazir İrakli Kobaxidze seçilib.
Trend bu barədə Gürcüstan KİV-ə istinadən xəbər verir.
Məlumata görə, partiya qurultayının qərarına əsasən, İrakli Kobaxidze yekdilliklə siyasi birliyin sədri seçilib.
Bundan əvvəl, aprelin 25-də hakim “Gürcü Arzusu” partiyasının lideri İrakli Qaribaşvili jurnalistlərlə brifinq zamanı siyasətdən getdiyini və tutduğu vəzifədən istefa verdiyini elan etmişdi. O, bu günə qədər üzərinə düşən missiyanı yerinə yetirilmiş hesab etdiyini vurğulayıb.