Bakı. Trend:
Finlandiya Müdafiə Qüvvələrinə aid olan “F/A-18 Hornet” qırıcısı qəzaya uğrayıb.
Trend bu haqda xarici KİV-ə istinadən xəbər verir.
İnsident Rovaniemi hava limanı yaxınlığında baş verib. Yerlə təmasdan əvvəl pilot katapult edərək, xilas ola bilib.
Finlandiyanın hərbi hava qüvvələri qəza ilə bağlı istintaq başladıb.
Qəzanın səbəbləri barədə hələlik açıqlama verilmir.