...

Qızıl və qızıl ərintiləri sahəsində yeni dövlət standartı qəbul edilib

İqtisadiyyat Materials 7 May 2025 16:00 (UTC +04:00)
Qızıl və qızıl ərintiləri sahəsində yeni dövlət standartı qəbul edilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ГОСТ 6835:2025 “Qızıl və onun əsasında hazırlanmış ərintilər. Markalar” yeni dövlət standartı qəbul edilib.

Bu barədə Trend AZSTAND-a istinadən xəbər verir.

Bildirilib ki, bu standart qızıl və onun əsasında hazırlanmış qızıl ərintilərin kimyəvi tərkibini, markalanmasını və istehsalında tətbiq ediləcək texniki tələbləri müəyyənləşdirmək məqsədilə işlənib hazırlanıb.

Sözügedən standart “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırılma üzrə Texniki Komitədə (AZSTAND/TK 36) konsensus əsasında təsdiqlənib və AZSTAND tərəfindən Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

“Yeni dövlət standartının tətbiqi qiymətli metal sənayesində şəffaflıq və etibarlılığın təmin olunmasına, eləcə də, beynəlxalq və yerli bazarlarda daha yüksək keyfiyyətli məhsulların təqdim edilməsinə imkan yaradacaq”, - məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti