Bakı. Trend:
Hindistan “Sindur” adlı hərbi əməliyyatına və digər təcavüzkar addımlarına son qoysa, Pakistan Hindistanla münaqişədə gərginliyi artırmayacaq.
Trend xəbər verir ki, bunu Pakistanın müdafiə naziri Havaca Asif “Bloomberg” agentliyinə açıqlamasında bildirib.
“Biz neçə vaxt idi deyirdik ki, Hindistana qarşı heç bir addım atmayacağıq... Hindistan geri çəkilsə, əlbəttə ki, öz hərbi addımlarımızı dayandıracağıq. Amma nə qədər ki, bizə hücum edirlər, biz cavab verməli, müdafiə olunmalı olacağıq”, - Hindistanın müdafiə naziri bildirib.
Xatırladaq ki, ötən gecə Hindistan Pakistanın üç şəhərinə raket zərbələri endirib. Hava zərbələri nəticəsində ölən 26 nəfər dinc sakin həlak olub, 46 nəfər isə yaralanıb.
Bundan sonra, Pakistan cavab atəşi ilə Hindistandakı hədəfləri vurmağa başlayıb.