...

Regional əməkdaşlıq - iqlim dəyişikliyi şəraitində ərzaq zəncirlərinin dayanıqlığı baxımından mühüm əhəmiyyət kəsb edir - AİB

İqtisadiyyat Materials 7 May 2025 12:30 (UTC +04:00)
Regional əməkdaşlıq - iqlim dəyişikliyi şəraitində ərzaq zəncirlərinin dayanıqlığı baxımından mühüm əhəmiyyət kəsb edir - AİB
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Milan. Trend:

İqlim dəyişikliyi ilə bağlı çağırışlar şəraitində ərzaq tədarükü zəncirlərinin dayanıqlığı baxımından regional əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir.

Trend-in Milana ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bunu Asiya İnkişaf Bankının kənd təsərrüfatı, ərzaq, təbiətin mühafizəsi, su resursları, şəhər infrastrukturu və rəqəmsal texnologiyalar sahələri üzrə 2 sektorun departamentinin baş direktoru Kleo Kavavaki AİB 58-ci illik iclası çərçivəsində keçirilən “Rəqəmsal gələcəyin yaradılması: inklüziv və dayanıqlı ərzaq sistemi” panel müzakirələrində deyib.

Onun sözlərinə görə, iqlim dəyişikliyi ilə bağlı çağırışlar fonunda, dayanıqlılıqla bağlı məsələlərə daha böyük diqqət ayırmaq lazımdır belə ki, tədarük zəncirlərində pozuntular meydana gələ bilər.

“Biz yeni tədarük zəncirləri formalaşdırmalıyıq. Lakin bu zəncirlərin dayanıqlılığı regionun inteqrasiya səviyyəsindən, çağırışlara birgə cavab vermək imkanından asılıdır. Əsas bəyanatlarımızdan biri 2030-cu ilə qədər ərzaq sistemlərinin keçidinə 40 milyard dollar investisiya qoymaq kimi iddialı hədəfimiz oldu. Bu isə AİB-in bu hədəflərə sadiqliyini və maliyyənin əlçatan olacağını təsdiqləyir. Həmin investisiyaların 27 faizi isə özəl sektora yönəldiləcək”, – deyə o bildirib.

Kavavaki dünyanın getdikcə daha proqnozlaşdırıla bilməz bir hala gəldiyini vurğulayıb:

“Ərzaq sistemi baxımından bizim üçün ən ciddi çağırış iqlim dəyişikliyidir. Necə edək ki, ərzaq sistemləri iqlim-dayanıqlı olsun? Bu, yalnız regional əməkdaşlığın inkişafı ilə mümkündür. Bu, AİB-nin prioritetlərdən biridir”.

Biz riskləri müxtəlif bucaqlardan – maliyyə, siyasət nöqteyi-nəzərindən, eləcə də layihələrin qarışıq maliyyələşmə mexanizmlərinə uyğunlaşdırılması prizmasından nəzərdən keçiririk, bu zaman regional əməkdaşlıq və dayanıqlılıq üzərində fokuslanırıq”,- deyə baş direktor qeyd edib.

O əlavə edib ki, ərzaq sisteminə investisiya - ilk növbədə, ən qiymətli resursa – insanlara qoyulan investisiyadır. “Əgər siz natamam qidalanma probleminin qarşısını alırsınızsa, bu, insanların daha məhsuldar olmasına və potensiallarını maksimum reallaşdırmasına şərait yaradır. Axı bir uşaq həyatının ilk 1000 günü ərzində lazımi qida maddələrini almasa, onun uğurla təhsil alması çətin olar. Buna görə də davamlı milli inkişaf üçün qidalanma ən vacib amildir. Bu məsələdə ərzağın əlçatanlığının təmin olunmasında özəl sektorun rolu son dərəcə vacibdir – əgər ərzaq olmasa, heç nə olmayacaq”, – deyə Kavavaki bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti