Milan. Trend:
Asiya İnkişaf Bankı Qırğızıstanda torpaq sürüşməsi risklərinin idarəolunması ilə bağlı əlavə layihələr gerçəkləşdirmək imkanlarını nəzərdən keçirir
Trend-in Milana ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bunu Asiya İnkişaf Bankının Mərkəzi Asiyada kənd təsərrüfatı, ərzaq, təbii resurslar və aqrar inkişaf üzrə departamentinin direktoru Yasmin Siddiki AİB-in 58-ci illik iclası çərçivəsində keçirilən brifinqdə deyib.
“Təhlükəli sürüşmə risklərinin idarə olunması ilə bağlı layihəmiz artıq Qırğızıstan hökuməti ilə birgə həyata keçirilir. Bu, AİB-in tarixində sürüşmə risklərinin idarə olunmasına tam həsr olunmuş ilk və yeganə layihədir. Biz ölkə üzrə hökumət tərəfindən müəyyən edilmiş yüksək riskli zonalarda fəaliyyət göstəririk. Bu ərazilərdə torpaq sürüşmələri yaşayış yerlərinin, kənd təsərrüfatı sahələrinin itirilməsinə və əfsuslar olsun ki, insan tələfatına səbəb olur. AİB Qırğızıstanın Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlıq edir. Gələcəkdə biz bu kimi yeni layihələrin başlanması imkanlarını da araşdırmaq niyyətindəyik. Bu, xüsusilə yamacların sabitləşdirilməsi tədbirlərini əhatə edir,” - deyə Siddiqi izah edib.
Siddiqi həmçinin qeyd edib ki, AİB yamaclarda monitorinq сihazlarının quraşdırılmasının mümkünlüyünü nəzərdən keçirir.