...

Sənədləri olmayan torpaqlar 155 min manata satıldı

Cəmiyyət Materials 7 May 2025 15:12 (UTC +04:00)
Sənədləri olmayan torpaqlar 155 min manata satıldı
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları Binə qəsəbəsində müvafiq sənədləri olmayan torpaq sahələrinin satışını həyata keçirən, eləcə də tikintiyə razılıq alacaqları vədi ilə insanların etibarından sui-istifadə edərək dələduzluq əməlləri törədən 46 yaşlı Zaman Babayev və 48 yaşlı Bərxudar Səmədov saxlayıblar.

Trend-in əldə etdiyi məlumata görə, bu şəxslər qabaqcadan əlbir olaraq sənədləri olmayan torpaqları müxtəlif şəxslərə sataraq ümumulikdə zərərçəkənlərə 154 800 manat məbləğində maddi ziyan vurublar.

Faktla bağlı cinayət işi başlanılıb, Z.Babayev və B.Səmədov təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.

Onların qanununsuz əməllərindən zərər çəkmiş digər şəxslər varsa, bu barədə polisə məlumat verə bilərlər.

Xəbər lenti

Xəbər lenti