Bakı. Trend:
“Azerspace-1” peykinin idarəedilməsi məqsədilə yaradılmış infrastrukturun avadanlıqlarına texniki dəstək xidməti göstəriləcək.
Trend-in məlumatına görə, Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) bununla bağlı müvafiq işləri yekunlaşdırıb.
Məlumata görə, “Azərkosmos” sözügedən xidməti “Park Place Technologies Malaysia Sdn Bhd” şirkətinə həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkətə 9 027 manat ödənilib.
Qeyd edək ki, “Park Place Technologies Malaysia Sdn. Bhd” əsas ofisi Şah Aləmdə olan Malayziyada bir müəssisədir. Şirkət təmir və bərpasənayesi istiqamətində fəaliyyət göstərir. Müəssisə 4 iyul 2017-ci ildə təsis edilib.