Bakı. Trend:
“Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası”na dəyişiklik edilib.
Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli əsədov müvafiq qərar imzalayıb.
Sənədə əsasən, müsadirə edilmiş külli və xüsusilə külli miqdarda narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları Azərbaycan məhkəmə, prokurorluq orqanlarının və Daxili İşlər Nazirliyinin, Ədliyyə Nazirliyinin, Səhiyyə Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupunun nümayəndələrindən ibarət tərkibdə yaradılmış külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiya tərəfindən aktlaşdırılaraq məhv ediləcək.
Naxçıvan Muxtar Respublikasının ərazisində müsadirə edilmiş külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv orqanların (qurumların) fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini Naxçıvan Muxtar Respublikasının ərazisində həyata keçirən müvafiq orqanların (qurumlar) və struktur qurumların nümayəndələrindən ibarət tərkibdə yaradılmış külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Naxçıvan Muxtar Respublikasının Komissiyası tərəfindən həyata keçiriləcək.
Müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları Azərbaycan məhkəmə, prokurorluq orqanlarının və Daxili İşlər Nazirliyinin, Ədliyyə Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin, habelə bu orqanların fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini Naxçıvan Muxtar Respublikasının ərazisində həyata keçirən orqanların (struktur qurumların) rayonlarda (şəhərlərdə) fəaliyyət göstərən müvafiq struktur bölmələri, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (Naxçıvan Muxtar Respublikasında Naxçıvan Muxtar Respublikası Tibb Müəssisələrinin İdarəetmə Birliyinin) müəyyən etdiyi tabeliyindəki müvafiq tibb müəssisəsinin nümayəndələrindən ibarət tərkibdə yaradılmış rayon (şəhər) komissiyaları tərəfindən aktlaşdırılaraq məhv ediləcək.