...

Hindistanın Pakistana endirdiyi raket zərbələri nəticəsində ölənlərin sayı açıqlanıb

Dünya xəbərləri Materials 7 May 2025 03:29 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Hindistanın Pakistanda mülki infrastruktura endirdiyi raket zərbələri nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.

Trend xəbər verir ki, bunu Paksitan Ordusunun ictimaiyyətlə əlaqələr şöbəsinin baş direktoru general-leytenant Əhməd Şərif Çaudri deyib.

Onun sözlərinə görə, Hindistanın hərbi təcavüzü nəticəsində 35 nəfər yaralanıb.

Qeyd edək ki, Hindistan Pakistanın üç şəhərinə raket zərbələri endirib. Hindistan ordusunun hədəfi Pəncab əyalətinin Bahavalpur və Azad Kəşmirin iki şəhəri - Kotli və Müzəffərabad olub.

Xəbər lenti

Xəbər lenti