...

“WhatsApp”a 170 milyon dollara yaxın təzminat ödəniləcək

Dünya xəbərləri Materials 7 May 2025 13:31 (UTC +04:00)
“WhatsApp”a 170 milyon dollara yaxın təzminat ödəniləcək
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin casus proqram təminatı istehsalçısı olan NSO Group şirkəti 1,4 min hesabın kiberhücuma məruz qalmasına görə “WhatsApp”a 167 milyon dollar, və işgüzar nüfuza gələn xələlə görə 440 min dollar təzminat ödəməlidir.

Trend ölkənin yerli KİV-lərinə istinadla xəbər verir ki, bu haqda ABŞ məhkəməsi çıxarıb.

Məlumata görə, aprelin əvvəlində Amerika KİV-də ABŞ administrasiyasının İsrailin “Pegasus” proqramını hazırlayan NSO Group şirkəti ilə gizli müqavilə bağladığı haqqında məlumat yayılmışdı.

Həmin müqavilə əsasında ABŞ hökuməti yaradılan Landmark proqramı sayəsində telefon istifadəçisinin xəbəri olmadan onun dünyanın istənilən yerində cari məkanını müəyyənləşdirə bilirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti